Böyükağa Hacıyev: “Xarkov “Metallist”inin adı bizi qorxutmur”

29.01.2012 | 5393 dəfə oxunub


 “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Metallist”lə oyundan qabaq görüş barədə fikirlərini “Stadium.az” saytı ilə bölüşüb. Hacıyev “Axmed Kadırov” turnirinə qələbə ilə başlamaq niyyətindədir:

-  Bu gün bizi həqiqətən çox gərgin oyun gözləyir. Bilirsiz ki, heyətlə də bağlı ciddi itkilərimiz var. Xarkov “Metallist”inin adı bizi qorxutmur. Flavinyo, Ruslan Abışov, Alessando kimi əsas futbolçularımızın yoxluğunda elə oyun oynamalıyıq ki, hamı “Neftçi”də əvəzolunmaz futbolçunun olmadığını bilsin.

-  Amma bu futbolçularsız sizə çox çətin olacaq?

- Mən də bilirəm ki, bu üç futbolçunun yoxluğu bizim üçün böyük itkilərdi. Amma onlar yoxdu deyə, alimi yanımıza da salmamalıyıq. Oyunun başlamasına iki saat qalmış heyəti tam müəyyənləşdirəcəm. Məncə istənilən halda azarkeşlər maraqlı oyuna baxacaqlar.

- Bu oyunda minumum vəzifə nə olacaq?

- Biz istənilən halda meydana qələbə üçün çıxacağıq. Oyunda isə hər şey ola bilər. “Metallist” bizim üçün bağlı sandıqdır. Soz zamanlar uğur zolağında olmalarından da xəbərimiz var. Rəqibi yetərincə qiymətləndiririk, amma yenə də müdafiədən oynamayacağıq. Sadəcə taktiki gedişıər edəcəyik.

- Ukrayna klubu Avropa Liqasında hələlik çox uğurlu çıxış edir. Qrup mərhələsində keçirdiyi 6 oyundan 4-nü udub, ikisini heç-heçə ediblər. Vurduğu 15 qolun qarşılığında isə 6 dəfə məyus olublar. Ukrayna çempionatında isə “Dinamo” və “Şaxtyor”dan 5 xal geri qalaraq üçüncüdürlər və 20 oyunda cəmi bir dəfə uduzublar. Bu amillər sizi çəkindirmir?

- Amma bir şeyi unutmayın ki, “Neftçi” də hər oyun qol vurmağı xoşlayan komandadır. İstənilən halda müdafiə futbolu oynamayacağıq. Amma müdafiəçilərə konkret tapşırıqlarım olacaq.

Vüsal BƏBİRLİ

Antalya




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail