Sulşer: "Tarix "Barselona"nın daha yaxşı olduğunu deyir"

15.04.2019 | 5661 dəfə oxunub

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə səfərdə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında vacib qarşılaşma barədə danışıb. Stadium.Az xəbər verir ki, o, mərhələni keçə biləcəklərini düşündüklərini də gizlətməyib:

"Daha yaxşı oynamalı olduğumuzu bilirik. Messi və Suaresi zərərsizləşdirməsək, bizə çətin olacaq. Ev matçında 0:1 hesabı ilə uduzmuşuq. Daha çox qol vursaq, şansımız artacaq. Futbolda hər şey ola bilər. Standart vəziyyətlərdən qol vura bilərik. Çünki oyunçularımız rəqibin futbolçuları ilə müqayisədə daha uzundurlar. Amma yaxşı müdafiə olunmalıyıq. 90 dəqiqə ərzində istədiyimiz nəticəni əldə etsək, əla olar. Daha aqressiv oynamalı və öz oyunumuzu göstərməliyik. PSJ ilə görüşü yada salmaq bizə kömək edəcək.

Futbolçularımın hər biri bacarıqlıdır. PSJ ilə görüşdə göstərdik ki, belə güclü komandalar qarşı oynaya bilərik. Tarix "Barselona"nın daha yaxşı olduğunu deyir. Amma biz bütün diqqətimizi oyuna yönəltməliyik. İlk matçda bir anlıq oyuna nəzarəti itirdik. Konsentrasiya — bu əsas amildir".

"Barselona" - "Mançester Yunayted" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 1:0 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail