Klopp: "Biz çox iddialıyıq"

09.04.2019 | 5018 dəfə oxunub

Çempionlar Liqasında mübarizə qaldığı yerdən davam edir. Stadium.Az xəbər verir ki, bu gün 1/4 final mərhələsinə start veriləcək.

İlk gündə İngiltərənin 3 təmsilçisi meydana çıxacaq. "Liverpul" "Porto"nu qəbul edəcəksə, Premyer Liqa təmsilçiləri "Tottenhem"lə "Mançester Siti" üz-üzə gələcək.

Turnirdə mümkün qədər irəliləməyi hədəfləyən "Liverpul" "Porto" ilə oyunların aşkar favoritidir. Lakin "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp ehtiyatlı danışıb. O, ÇL-də favorit göstərilməyə hazır olmadıqlarını etiraf edib:

"Biz çox iddialıyıq. Uğurlu çıxış üçün əlimizdən gələni edəcəyik. İlk oyun "Enfild Roud"da olacaq. Bu, bizim üçün çox önəmlidir. Çempionlar Liqasında 2-ci mövsümümüzdür, 12-ci yox. Biz son üç ildə turnirin qalibi olan "Real" deyilik. Rəqabəti sevirik və qələbə üçün bütün gücümüzü ortaya qoyacağıq".

"Tottenhem"in yeni arenasında yerli komandanın qonağı olacaq "Mançester Siti", nəhayət ki, bu mövsüm ÇL-i qazanmaq niyyətindədir.

"Şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bruyne təqvimin sıxlığından narahat olduqlarını söyləyib:

"Oyunun "Tottenhem"in yeni stadionunda keçirilməsi elə böyük önəm daşımır. Ola bilsin ki, rəqib daha həvəsli oynasın. "Uembli"də də 80 min azarkeş olurdu. Azarkeş hər yerdə eynidir. Çətin oyun olacaq, ancaq hər şey qaydasındadır. Stadiondan deyil, rəqibdən narahatam. İstirahət etmədən oynayırıq, təqvim çox sıxdı. 4 həftə ərzində nə baş verəcəyini birlikdə görəcəyik".

Hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail