Cari mövsümdə ən məhsuldar ikinci tur

09.04.2019 | 4868 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turu yüksək məhsuldarlıqla əlamətdar olub. Stadium.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun 4 oyununda 16 qol vurulub.

“Neftçi” – “Zirə” (4:2), “Sumqayıt” – “Keşlə” (2:1), “Qəbələ” – “Qarabağ” (1:2) və “Sabah” – “Səbail” (3:1) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 4-ə bərabərdir.

Bu, cari mövsümün ikinci ən yüksək məhsuldarlıq göstəricisidir. Yalnız XI turda daha çox – 17 qol qeydə alıb. Orta məhsuldarlığın 4,25 olduğu həmin turda da eyni cütlər üz-üzə gəlib. 2018-ci ilin 10-11 oktyabrını əhatə etmiş turda “Neftçi” – “Zirə” (2:2), “Sumqayıt” – “Keşlə” (1:4), “Qəbələ” – “Qarabağ” (1:3) və “Sabah” – “Səbail” (0:4) qarşılaşmaları oynanılıb.

XIII tur həmçinin “Neftçi”nin fransalı hücumçusu Baqali Dabo üçün yubileylərlə yadda qalıb.

“Zirə” ilə ev oyununda (4:2) iki qol vuran legionerin ilk topu ikiqat önəm kəsb edib. Bu, Baqalinin Azərbaycan çempionatlarında 30-cu, “ağ-qaralar”ın heyətində Premyer Liqada 10-cu qolu olub. Hücumçu ardınca bu rəqəmləri müvafiq olaraq 31 və 11-ə də çatdırıb.

“30”u arxada qoyan bombardir üç mövsümə bu göstəriciyə nail olub. 2016/17 mövsümündə 7 (16 oyun), 2017/18 mövsümündə 13 (27 oyun) dəfə fərqlənən Dabo bu qolları “Qəbələ”də vurub. “Neftçi”dəki ilk mövsümündə 21-ci oyunda 11-ə çatan forvard ümumilikdə 64 matçda 31 qola sevinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail