Samir Abbasov: "Emin Mahmudova etirazımı bildirdim"

07.04.2019 | 6740 dəfə oxunub

"Hər iki komandaya maraqlı oyuna görə təşəkkür düşür. Həddən artıq gərgin qarşılaşma alındı. Sonadək qələbəni kimin qazanacağı bilinmirdi. Qarşıda bizi çətin mərhələ gözləyir. Bu oyunun üzərində dayanmamalı və gələcəyi düşünməliyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 23-cü turunda səfərdə "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis oyunun sonlarında baş vermiş insidenti belə şərh edib: "Baqali Daboya uğurlar arzuladığım halda, Emin Mahmudova etirazımı bildirdim. O, hər şeyi etdi ki, İlkin Muradova qırmızı vərəqə göstərilsin. Orxan Sadıqlı isə meydana girmək ixtiyarı olmadığı üçün qırmızı vərəqə aldı. Qaldı özümün əsəbiləşməyinə, mən elə həmişəki Samirəm".

Abasov komandasının çıxışından da narazılıq ifadə edib: "Bu gün "Neftçi" iki standart vəziyyətdə qol vurdu. Bunu futbolçulardan sorğu-sual edəcəyik. Oyunun əvvəllərində özümüz rəqibə qol imkanı yaratdıq. Bilal Həmdi vura bilmədiyini rəqib vurdu. Həmdi həm də bu gün zədələndi. Onun durumuna gələn həftə ərzində baxacağıq. İkinci hissədə oyunçularımız arasında anlaşılmazlıq nəticəsində daha bir qol buraxdıq. Dabonun bu gün yaxşı oynaması bizim müdafiəçiləri pis vəziyyətdə olmalı demək idi. Qış fasiləsindən sonra "Sabah"la matç çıxmaqla bütün oyunlarda inamlı təsir bağışlamışdıq. Bu gün uduzduqsa, deməli, haqlı məğlub olmuşuq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail