Millimizdə daha bir biabırçılıq: Futbolçular bu dəfə pul davası edir

30.03.2019 | 5382 dəfə oxunub

Azərbaycan milli komandasında mükafatla bağlı narazılıqlar baş qaldırıb. Stadium.Az xəbər verir ki, buna səbəb UEFA Millətlər Liqasında Farer adaları komandaları ilə matçlarda qazanılan iki qələbəyə görə AFFA-nın vəd etdiyi mükafatın hələ də komandaya verilməməsidir.

Söhbətin bir oyuna görə ümumən 30 min manatdan getdiyi bildirilir.

AFFA-nın mətbuat katibi Firuz Abdulla dünən mətbuata açıqlamasında deyib: “Millətlər Liqasında qələbəyə görə mükafatların verilməməsi haqda xəbər doğrudur”. AFFA nümayəndəsi bunun səbəbini qarşıya qoyulan məqsədə - qrupdan çıxmağa müvəffəq olunmadığına görə atıldığını deyib.

Amma maraqlıdır ki, federasiya rəhbərliyi, dünya reytinqində Azərbaycandan 30 pillə geridə - 138-ci yerdə olan Litva ilə bir neçə gün əvvəl Bakıda keçirilən yoxlama matçındakı nəticəyə (0:0) görə komandaya mükafat ayrıldığını təsdiq edib. Bu məbləğ hər bir oyunçu üçün 5 min manat təşkil edir.

Başqa məlumata görə, yoxlama oyunu üçün komandaya mükafat ayrılsa da, Millətlər Liqasındakı iki qələbəyə görə mükafatın verilməməsi Dmitri Nazarov başda olmaqla bir neçə futbolçunun etirazını səngitməyib.

Məsələ ilə bağlı “Futbol +” qəzeti bu gün yazıb: “Onlar yaxın çevrələrində etirazlarını çəkinmədən dilə gətirirlər. "Mafiya”ya başçılıq edən isə Dmitri Nazarovdur. Almaniyada legioner həyatı yaşayan, Azərbaycana heç bir bağlılığı olmayan yarımmüdafiəçi Millətlər Liqasındakı mübarizəyə görə kiçik məbləğdə olsa belə, pul mükafatının verilməsini istəyir. Bunu isə çəkilən əziyyətlə, 6 oyunda Almaniyanı tərk edib müxtəlif ölkələrə yollanmaqla, xüsusən də toplanan 9 xalla bağlayır. Noyabrdan bu yana pulların hesaba köçürüləcəyinə ümid etsə də, ortada müsbət nəticənin olmadığını görərək özündən çıxır.

Hər halda, Xorvatiya və Litva ilə oyunlarda Dmitrinin özünə bənzəmədiyini hər kəs gördü. Layiq olmadığı halda Azərbaycan millisinin formasını geyən, özünə yaxşı reklam qazanan və bunun müqabilində pul davası edən futbolçuya millidə yer olmamalıdır”.

AFFA-nın mətbuat katibi Firuz Abdulla isə dünən mətbuata bildirib ki, Nazarovun mükafatı israrla istəməsi barədə məlumat həqiqəti əks etdirmir: “Onun bu barədə quruma rəsmi müraciəti olmayıb". (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail