İdmançımızın olimpiya medalı geri alındı

30.03.2019 | 4508 dəfə oxunub

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.

Stadium.Az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı xəbər yayıb.

IOC İntizam Komissiyası olimpiada zamanı Xristovun antidopinq qaydalarını pozduğunu üzə çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Nəticədə bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Onun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilməsi qərara alınıb.

25 yaşlı idmançı qərardan İdman Arbitraj Məhkəməsinə apellyasiya verə bilər. O, 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. Xristov 2015-ci ildə orqanizmindən nandrolon tapıldığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Daha əvvəl Azərbaycanın Yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail