Hazard Zidanı ən yaxşı məşqçi hesab etmir

23.03.2019 | 4347 dəfə oxunub

"Çelsi"nin futbolçusu Eden Hazard maraqlı açıqlama verib. Stadium.Az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu, "Real"ın baş məşqçisi Zinəddin Zidan və Belçika millisinin çalışdırıcısı Roberto Martines haqda fikirlərini bildirib:

“Zidanın sayəsində futbola başladım. Ona çox hörmət edirəm”.

“Roberto Martines, yoxsa Zinəddin Zidanı seçərdin” sualını cavablandıran Hazard, seçimini Martinesdən edib:

“Martineslə xüsusi uğurlar qazanmışıq. Buna görə də, Martinesi seçirəm".

"Real" Hazard üçün bir müddət əvvəl "Çelsi"yə 82 milyon avro təklif etmiş, lakin “zadəganlar” bu təklifi rədd etmişdilər. "Çelsi" belçikalı hücumçu üçün ən azı 100 milyon avro tələb edir.

"Çelsi" ilə 2020-ci ilə qədər müqaviləsi olan Hazard, bu mövsüm 39 oyunda iştirak edərək, 16 qol vurub və 11 məhsuldar ötürmə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail