Mübariz Mənsimov İstanbulda Rəsulzadə adına park salır

10.03.2019 | 5241 dəfə oxunub

"Xəzər Lənkəran"ın fəxri prezidenti, "Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin adını Türkiyə paytaxtında əbədiləşdirəcək.

Stadium.Az xəbər verir ki, Mübariz Mənsimov İstanbulda Rəsulzadə parkının salınacağını özünün "Facebook” səhifəsində anons edib.

Mənsimov qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının 100 il öncə bu millətin qəlbində yandırdıqları istiqlal atəşini heç bir güc söndürə bilməz:

"Kapitanların necə fırtınalarla üzləşdiyi kimsəyə maraqlı deyil. Əsas onun gəmini sahilə necə çatdırıb-çatdırmamasına baxılır və qiymət ona görə verilir. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları 100 il öncə bu millətin qəlbində elə bir istiqlal atəşi yandırdılar ki, heç bir güc onu söndürə bilmədi.

Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyini görməyə ömrü yetməsə də, toxumların cücərməsi üçün mübarizəsini son nəfəsini verənə – 6 mart 1955-ci ilə qədər dayandırmadı.

Bu gün başımız üzərində dalğalanan üç rəngli bayraq durduqca, Rəsulzadəni sayğı və sevgi ilə xatırlayacağıq. Könül istərdi ki, Şərqin ilk Cümhuriyyətini quran Kişinin adı Türk Dünyasının hər bir ölkəsini bəzəsin.

Ancaq mən öz növbəmdə "Rəsulzadə” gəmisini istifadəyə verməklə bərabər, İstanbulda Məhəmməd Əmin Rəsulzadə Parkının salınmasına çalışacağam. Ruhun şad olsun, böyük lider!” 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail