Bordin: "Mənim işim rəssam kimidir"
"Hələ "Şerif"də olduğum vaxt "Neftçi"nin idman direktoru məni izləyirdi. O, mənimlə italiyalı menecer vasitəsilə əlaqə qurdu. İki-üç dəfə görüşdükdən sonra razılaşdım. Çünki bu, tarixi və ölkənin ən titullu komandasıdır".
Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin "İl Mattino" qəzetinə müsahibəsində deyib.
Bu təyinatadək "Şerif"də 1,5 il çalışmış italiyalı mütəxəssis iki dəfə Moldova çempionu və ölkə kubokunun qalibi olduqlarını, eləcə də Avropa Liqasının qrup mərhələsinədək irəlilədiklərini xatırladıb.
Bordin bu ildən həyat yoldaşının da 16 aylıq qızı ilə birgə Bakıya onunla yaşamağa gəldiyini, daha 2 övladının isə İtaliyada qaldığını diqqətə çatdırıb. O, Azərbaycan paytaxtını gözəl və xeyli müasir şəhər kimi dəyərləndirib:
"Burada dəniz, nəhəng parklar mövcuddur. İçəri Şəhəri də yaddan çıxarmamalıyıq. Ümumilikdə, çox yaxşı yaşayıram və özümü rahat hiss edirəm. Çünki şəhərin gözəl hissəsində oluram. Mən bunu bir neçə nöqteyi-nəzərdən deyirəm. Bu yaxınlarda burada "Formula 1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək. Azərbaycanın dəyişkən iqlimi var. Bu gün qar yağır, sabah 10 dərəcə istidir. Dəyişməyən yalnız küləkdir".
54 yaşlı mütəxəssis Azərbaycan futbolunun vəziyyətindən də danışıb: "Hər bir klubun müasir bazası var. Bütün meydanlar qurulma mərhələsindədir. Müsbət mənada təəccübləndim, çünki onlar yaxşı səviyyədədirlər. Məşqçilər də yaxşıdırlar. "Qarabağ"ın artan büdcəsi və önəmli oyunçuları var. Ümumilikdə, azərbaycanlı futbolçular güclüdürlər. Hər bir oyunda biz 6 əcnəbi, 1-i 1996-cı il təvəllüdlü olmaqla, 5 yerli oyunçudan yararlanmalı oluruq. Hətta yığma da pis deyil, Millətlər Liqasında yalnız son matçında uduzub".
Daha sonra Bordin öz məşqçilik bacarığından danışıb: "Mənim işim rəssam kimidir. Çünki özüm oyunçu kimi həmişə 100 faizimi vermişəm. İndi isə bunu futbolçulardan tələb edirəm. Mənim üçün bu, dünyada ən gözəl işdir: Futbol oynayırsan, pul qazanırsan, insanlar gəlib sizi görmək üçün pul ödəyirlər. Buna görə də bir neçə saatlıq məşq ərzində bütün gücünüzü ortaya qoymalısınız. Taktiki baxımdan müəyyən qədər Marçelo Lippi, Vuyadin Boşkov və Andrea Mandorlinidən götürmüşəm. Hər zaman oyuna 4-3-3 taktikası ilə başlayıram və sonra rəqibdən asılı olaraq, taktikanı dəyişmək xoşuma gəlir. Burada dəyişikliklər heç də hər zaman yaxşı alınmır. Amma məşqlər zamanı oyunçuları hazırlamağa çalışıram. Bura mən öz iş ideyalarımı gətirmişəm. Əvvəlcə istirahət, sonra isə həftəlik gündə iki dəfə məşq olur. Məşqlərdə oyunçuları hazırlamağa çalışıram. İlk vaxlar oyunçular mənə başqa planetdən gəlmiş insan kimi baxırdılar. Amma fikrimcə, artıq buna öyrəşiblər".
Azərbaycan futbolunda ilk italiyalı olduğunu deyən Neftçi-nin baş məşqçisi sonradan köməkçisi Andrea Vezzunu da Bakıya gətirdiyini, qalan köməkçilərinin isə yerlilərdən ibarət olduğunu söyləyib: "Əks halda, yenə italiyalı gətirə bilərdim. Meydandakı həmyerlim isə Canluka Sansonedir. Onu transfer dövrünün sonlarında İtaliya Novara-sından götürdüm. Mixail adlı tərcüməçim də var. O, mənimlə birgə Moldovada da olub. Mixaili çox ağıllı olduğu üçün istədim. O, İtaliyada təhsil alıb və sözlərimi emosional səviyyədə intensiv çatdırır. Dərhal sürətli tərcümə və ünsiyyət gedir. Paltardəyişmə otağında ingiliscə danışa bilən bir neçə oyunçu olduqda onlarla birbaşa danışıram. Ümumilikdə, siz sözlərinizi lakonik və birbaşa çatdırmalısınız. Səsimi qaldırdıqda onlar məni başa düşürlər".
Bordin yenidən İtaliyaya qayıtmaq niyyətini dilə gətirib. Baş məşqçi bunu əvvəllər də öz ölkəsinin komandalarına rəhbərlik etməsi ilə əlaqələndirib: "İtaliya futbolunun tarixi Moldova və Azərbaycanınkından zəngindir. Amma onlar xaricdə də artırmaq və Avropa səviyyəsinə çatmaq istəyirlər. Digər tərəfdən, Neftçi ilə 2 illik müqaviləm var".
Təcrübəli mütəxəssis Bakıda keçiriləcək Avropa Liqasının finalında Napoli-ni görmək istədiyini də diqqətə çatdırıb: "Neapolla bağlı yaxşı xatirələrim var. Çünki orada bir çox vacib oyunların iştirakçısı olmuşam. Çiro Ferrara, Paolo Di Kanio ilə dostluq münasibətlərindəyəm. Di Kanionun bizə UEFA Kubokunda iştirak imkanı verən qolunu xatırlayıram. Roberto Polikano ilə də danışıram. O, İtaliyada mənim qaldığım Verona şəhəri yaxınlığındakı Podovada yaşayır. Ən yaxşı xatirəm Napoli-nin kapitan sarğısını daşımağım olub. Bunu özüm üçün böyük xoşbəxtlik sayıram. Avropa Liqasının finalı Bakıda keçiriləcək. Əlbəttə, ümidvaram ki, qalib komanda Napoli olacaq. Bu halda doğma komandam üçün təntənəli qarşılanma təşkil etməkdən ötrü özümü irəli verə bilərəm".
Roberto Bordin Neftçi ilə 2018-ci il iyunun 8-də müqavilə bağlayıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |