Dəfələrlə Azərbaycan çempionu olmuş məşqçi: "Bir də eşidəcəksiz ki, özümü asmışam"

07.03.2019 | 4829 dəfə oxunub

"Şəmkir” çempionluqları sıralayarkən Zakir Mahmudov Ağasəlim Mircavadovun köməkçisi idi. "Karvan” UEFA kubokunda mərhələ adlayarkən də Mahmudov klubda köməkçi- məşqçi kimi çalışırdı. Sözügedən mütəxəssis indi çətin günlərini yaşayır.

Stadium.Az xəbər verir ki, "Futbol+” qəzetinin əməkdaşıyla söhbətində Zakir bəy bildirib ki, işsizlikdən evini satmağa məcbur olub:

"Evimi satıb, kirayədə qalıram. Hazırda elə vəziyyətdəyəm ki, heç kirayə pulunu da ödəyə bilmirəm. Həyat yoldaşım xəstədi, işləyə bilmir. Əlimdəki pulları verib, Sumqayıtda "Karvan” Ticarət Mərkəzində dükan almışdım. Orda yanğın oldu, dükanım içi dolu malla yanıb kül oldu. Bütün pullarım batdı.

Görün nə günə düşmüşəm ki, gecələr metal yığıb satıram, onunla çörəkpulumu çıxarıram. "Neftçi” öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdu. Mənə heç olmasa, 200-250 manatlıq bir iş versinlər, daxmamım kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm?

Vallah, belə yaşamaqdan ölmək yaxşıdı. Bir də eşidəcəksiz ki, Zakir Mahmudov özünü asdı. Artıq yarım addım qalıb...”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail