Modriç: "Real"ın Ronaldoya ehtiyacı var"

05.03.2019 | 4833 dəfə oxunub

"Real"ın yarımmüdafiəçisi Luka Modriç əvvəllər madridlilərlə bir düşərgədə çıxış etmiş Kriştiano Ronaldonun komandaya təsirindən danışıb.

Stadium.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, xorvat futbolçu Ronaldu kimi futbolçu tapmağın mümkünsüz olduğunu deyib:

"Ronaldo hər bir komandanın ehtiyac duyduğu bir futbolçudur. Onun bərabərində əvəz tapmaq mümkün deyil. Əlbəttə, komanda üçün etdiklərini nəzərə alanda, bizim ona ehtiyacımız var. Klub onun gördüyü işləri digər futbolçular arasında bölüşdürməyə çalışır, lakin bu, o qədər də asan deyil.

O 50 qol vururdu, siz daha bir belə futbolçu tapa bilməzsiniz. Kimsə bir addım önə çıxmalıdır və qoy o 50 qol vurmasın, heç olmasa, 15-20 və ya hətta 10 qol vursun. Bizdə çatışmayan budur. Ona görə fürsətlərin qola çevrilməsi bizim cari mövsümdə ən böyük problemimizdir. Lakin Kriştiano artıq bizim komandada yoxdur və biz bütün 10 ili onun yoxluğundan şikayətlənə bilmərik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail