Emin Mahmudov: “Qarabağ” və “Neftçi” Rusiyada ikinci “səkkizlik”də olardılar"

27.02.2019 | 5974 dəfə oxunub

“Azərbaycan Premyer Liqası səviyyə baxımından Rusiya və Portuqaliya çempionatlarından geri qalır, amma zəif deyil. Məsələn, biz davamlı şəkildə Avropa Liqasının, ötən mövsüm isə Çempionlar Liqasının qrupunda yer alan “Qarabağ”la rəqabət aparırıq”.

Stadium.Az xəbər verir ki, bunu "news.ru" saytına müsahibəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

27 yaşlı yarımmüdafiəçi Premyer Liqa üçün 8 komandanın az olduğunu söyləyib: “Ola bilsin, maliyyə böhranı və milli valyutanın məzənnəsinin aşağı düşməsi komanda sayının azalmasına təsir edib. Fikrimcə, tədricən say artacaq. Həmin klubların bölgələrdən olması önəmlidir. Onlarsız yeni istedadlar üzə çıxmayacaq və azarkeş sayı artmayacaq”.

Mahmudov “Azərbaycan klubları Rusiya Premyer Liqasında çıxış etsəydilər hansı pillələrdə qərarlaşardılar” sualına belə cavab verib: “Qarabağ” və “Neftçi” ikinci “səkkizlik”də olardılar. Rusiyanın güclü komandalarından birini hansısa matçda məğlub etmək olar, amma ümumilikdə onlar güclüdürlər. Rusiyada daha çox pul var. Bu isə o deməkdir ki, legionerlərin ustalıq səviyyəsi daha yüksəkdir”.

“Neftçi”nin kapitanı Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki şanslarından da danışıb. O, yığmanın Xorvatiya, Macarıstan, Uels və Slovakiya komandaları ilə birgə çətin qrupda yer aldığını deyib: “Təəssüf ki, püşkün nəticəsi fərqli olsa belə, biz yenə də favorit olmaycaqdıq. Hər oyunda döyüşmək lazımdır. Başqa yol görümürəm”.

Rusiyanın “Saturn” klubunun yetirməsi olan Emin Mahmudov bu ölkənin “Spartak” (Moskva), “Tom”, “Krılya Sovetov” və “Mordoviya” komandalarının da formasını geyinib. O, 2017-ci ildə Portuqaliya təmsilçisi “Boavişta”dan “Neftçi”yə keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail