AFFA "Keşlə"də yoxlamalara başlayıb

26.02.2019 | 10483 dəfə oxunub

Çempionatda bərbad mövsüm keçirən “Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil. "Qafqazinfo"nun məlumatına görə, klubun maddi problemləri mövcuddur.

Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir.

Saytın əldə etdiyi digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur.

Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirliyin yoxlamaları davam edir.

Klubun Müşahidə Şurasının sədri Zaur Axundovdur.

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov “Qafqazinfo” ilə əlaqə saxlayaraq klubda yoxlamaların olmasını təsdiq edib. Lakin o bildirib ki, bu yoxlamalar Vergilər Nazirliyi tərəfindən yox, AFFA-nın daxili auditorları tərəfindən aparılır: “Klubda aparılan yoxlamalar Vergilər Nazirliyi deyil, AFFA-nın daxili auditorları tərəfindən aparılır. Bu da Premyer Liqanın bütün klublarına aiddir. Heç bir problem də aşkarlanmayıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail