“Qarabağ” – “Qəbələ”: 50-ci duel

14.02.2019 | 4490 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, xəbər verir ki, “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq.

“Qırmızı-qaralar” Bakıda “Qarabağ”ın qonağı olacaq. Son ölkə çempionu ilə fevralın 17-dəki görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bu, rəqiblərin ümumilikdə yubiley – 50-ci dueli olacaq. İlk dəfə 2006-cı ildə qarşılaşan komandalar indiyədək 49 dəfə üz-üzə gəlib. Bu matçlardan 42-si çempionat, 7-si Azərbaycan kuboku çərçivəsində baş tutub.

“Qəbələ” “Qarabağ”la qarşılaşmalarda 11 qələbə qazanıb, 17 dəfə heç-heçə edib, 21 dəfə məğlub olub. Əvvəlki oyunlarda “qırmızı-qaralar” 43 qol vurub, 62-ni buraxıb. Komandanın qollarına 29 futbolçu imza atıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendinin hesabında 4 qol var.

Ağdam klubuna qarşı Premyer Liqada keçirilən 42 matçda 10 dəfə 3 xal əldə edən “Qəbələ” 12 dəfə bərabərliklə kifayətlənibsə 20 dəfə məğlubiyyətlə üzləşib. Çempionatda 38 qol vuran futbolçular 56 top buraxıblar.

Komandalar 25-ci dəfə “Qarabağ”ın meydanında üz-üzə gələcək. Əvvəlki 24 matçda meydan sahibləri 11, qonaqlar 4 dəfə qalib gəlib. 9 dəfə isə heç-heçə qeydə alınıb. Bu oyunlarda “Qəbələ” 18, rəqib 33 qol vurub.

Fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail