Yurçeviç: "Xorvatiya aşkar favoritdir"

13.02.2019 | 3984 dəfə oxunub

"Çox xoşbəxtəm və qürur duyuram ki, mənim üçün hər zaman önəmli olan milli komanda çalışdırmaq fürsətim oldu". 

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin yeni baş məşqçisi Nikola Yurçeviç deyib. Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında əvvəlcə təyinatı ilə bağlı danışıb:

"Bir illik müqavilə imzalamışam. AFFA məni komandanı irəli aparmaq üçün gətirib. Məşqçi heyətimizlə birlikdə uğurlu olacağımıza inanıram. Yerli klublarının oyunlarını izləmişəm. Futbolçular haqda ilkin məlumatım var. Buna görə də məni nə gözlədiyini bilirəm". 

Yurçeviçin millimizdəki ilk oyunu AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya qarşı olacaq. O, ölkəsinin yığmasına qarşı keçiriləcək görüşü səbirsizliklə gözlədiyini bildirib:

"Maksimir" stadionunda keçiriləcək görüşün bir parçası olacağım üçün xoşbəxtəm. Keçmiş xatirələrə qayıtmaq möhəşəmdir. İlk dəfər Xorvatiyaya rəqib olmağım qeyri-adi hissdir. Ancaq həyat belədir. Mən bu oyunu səbirsizliklə gözləyirəm. Hamı gözəl başa düşür ki, bu oyunda Xorvatiya aşkar favoritdir. Ancaq bacardığımız qədər mübarizə aparacağıq".

Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail