"Poqba ya "Barselona"ya, ya da "Real"a gedəcək"

27.01.2019 | 3904 dəfə oxunub

"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın qardaşı Florentin onun gələcək karyerası barədə danışıb. 
 
Stadium.Az xəbər verir ki, Florentin ailəlikcə Barcelona azarkeşləri olduqlarını etiraf edib. O, qardaşının inkişaf üçün məhz İspaniyaya üz tuta biləcəyini deyib: 
 
"Mourinyonun "Mançester Yunated"dən gedişi həlledici oldu. Pol onun vaxtında xoşbəxt deyildi. Sulşerlə hər şey qaydasındadır. Qardaşım onu hələ "Mançester Yunated"in gənclər komandasında oynayandan tanıyır. 
 
Biz ailəlikcə "Barselona" fanatıyıq. İmkan düşdükcə "Barselona"nın oyununu ya televizor vasitəsilə, ya da stadiondan izləyirəm. Hesab edirəm ki, Pol "Mançester Yunated"i tərk etməli olsa, inkişaf naminə "Mançester Siti", "Barselona" və "Real" kimi komandalardan birinə keçməlidir. 
 
"Mançester Siti"yə keçmək olmaz. Deməli, ya "Barselona"ya, ya da "Real"a gedəcək. Onu da deyim ki, Poqba hələ "Yuventus"da çıxış edərkən "Barselona" və "Real"a keçə bilərdi. Ancaq o, "Mançester Yunayted"i seçdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail