UEFA-dan ən çox qazanc əldə edən klublar

18.01.2019 | 3580 dəfə oxunub

Avropanın 710 yüksək səviyyəli futbol klubu 2017-ci ildə 20.11 milyard avro gəlir əldə edib. Stadium.Az xəbər verir ki, bu barədə UEFA-nın hesabatında qeyd olunub.

Rəsmi sənəddə bildirilir ki, 2017-ci ildə ümumi gəlir 1.6 milyar avrodan çox artıb. "Top-30" klubun qazancı isə 7 faiz artaraq 9.7 milyard avroya çatıb.

İngiltərənin "Mançester Yunayted" klubunun gəliri 2016-cı ilə nisbətən 13 milyon avro aşağı düşüb. Buna baxmayaraq, İngiltərə təmsilçisi 676 milyon avro qazancla ilk pillədə qərarlaşıb. İkinci sırada Mançester təmsilçisindən 1 milyon avro az gəlir əldə edən İspaniya "Real"ı qərarlaşıb.

Növbəti sıralarda isə gəlirləri 400 milyondan çox olan "Barselona" (İspaniya), "Bavariya"  (Almaniya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Arsenal", "Liverpul", "Çelsi" (hamısı İngiltərə) və "Yuventus" (İtaliya) yer alıb. 

İngiltərə Premyer Liqası klublarının 5.3 milyard avroluq qazancı toplam gəlirin 1/4-ni təşkil edir. İspaniya La Liqasının klubları 2.9 milyard avro, Almaniya Bundesliqasının komandaları 2.8 milyon avro, İtaliya A Seriyasının təmsilçiləri 2.2 milyard avro, Fransa çempionatının klubları isə 1.6 milyon avro gəlir əldə ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail