UEFA-dan klublarımıza 20 milyon

18.01.2019 | 4266 dəfə oxunub

Azərbaycan klubları UEFA-dan 20 milyon avro vəsait əldə edib. Stadium.Az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun 2017-ci ili əhatə edən hesabatında bildirilir.

Azərbaycan bu göstərici ilə klubları avrokuboklarda əldə etdikləri nəticələrə görə ən çox pul qazanan ölkələrin “Top-20”də qərarlaşıb.

2016-cı illə müqayisədə, Azərbaycan klublarının UEFA-dan ümumi gəlirində 103 faiz artım olub ki, bu da “Qarabağ”ın ölkə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlıdır. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off və qrup mərhələsində çıxışına 16 milyon 819 min avro mükafat alıb.

İsə 2017-ci ildə Avropa futbol qurumu tərəfindən Azərbaycan klublarına ayrılan pulun 91 faizi Qarabağ-a çatıb. Hesabatda bildirilir ki, həmin dövrdə Odlar Yurdu təmsilçilərinin qazancının 59 faizini UEFA-dan gələn vəsait təşkil edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail