Klopp: "Mənə görə "Mançester Siti" dünyanın ən yaxşı komandasıdır"

03.01.2019 | 3545 dəfə oxunub

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 21-ci turunda "Mançester Siti" ilə keçirəcəkləri oyundan danışıb. Stadium.Az xəbər evrir ki, alman mütəxəssis rəqibin güclü olduğunu etiraf etsə də, onlardan çəkinmədiklərini bildirib:

"Çox çətin oyun olacaq. "Mançester Siti" hazırkı baş məşqçisi ilə həqiqətən güclü komandadır. Xalların sayı dəyişsə də, hazırlıq dəyişmir. Digər oyunlarda olduğu kimi, meydana maksimum istəklə çıxmalı, cəsarətli davranmalıyıq. Mənə görə "Mançester Siti" dünyanın ən yaxşı komandasıdır. Bu, mənim şəxsi fikrimdir.

Küçədə insanları görürəm, onlar normal həyatlarını yaşayırlar. Uşaqların oyunu azarkeşlərin xoşuna gəlirmi? Bəli. Amma fanatlarımızın artıq qələbəni qeyd etməli olduğunu düşünmək hörmətsizlik olardı. Sizcə, biz liderdən 10 xal geridə olsaydıq, mən onlara çatmağın mümkün olmadığını fikirləşərdim? Əlbəttə ki, yox. Sadəcə, 3 yanvarda "Mançester Siti"ni bizimlə vacib, 6 xallıq oyun gözləyir. Bu, rəqib üçün 100 faizlik motivasiyadır. Hər şeyə hazır olmalıyıq".

"Mançester Siti" - "Liverpul" oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. "Liverpul" hazırda 54 xalla liderdir. Rəqibindən 7 xal geri qalan "Mançester Siti" isə 3-cü pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail