Qurban Qurbanov yeni futbolçulardan razı qalmayıb

21.01.2012 | 4506 dəfə oxunub

“Qarabağ” klubu 2012-ci ilin ilk yoxlama görüşündə Qazaxıstanın “Taraz” komandasına 0:1 hesabı ilə məğlub oldu. Stadium.az xəbər verir ki,  komandanın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:

“Komanda istirahətdən yeni dönüb. Deyə bilərəm ki,  hələ tam hazir deyilik. Bəzi oyunçularımızı sınaqdan keçirdik. İlk hissədə çıxış edən heyət normal oyun nümayiş etdirdi. Sadəcə olaraq, kobud səhv ücbatından komanda öz qapısında qol gördü. Qarşıda bir neçə yoxlama görüşü bizi gözləyir. Çempionata qədər komandanı tam hazır vəziyyətə gətirəcəyik”.

Baş məşqçi komandada baxışda olan belaruslu Dmitri Rekiş və xorvatiyalı İqor Juqoviçin oyunlarının onu qane etmədiyini deyib: “Həmin futbolçuları növbəti matçlarda yenidən yoxlayacağıq. Onların komandanın düşərgəsindən göndəriləcəyi də istisna olunmur. Baxışa daha bir neçə futbolçu gələcək”.

Qurbanov yeni transferlər -  Vaqif Cavadov və Eltun Yaqublunun hələ tam hazır olmadığı qənaətindədir: “Bu futbolçular komandaya yeni qoşulublar. Yanvarın 25-də Avstriyanın “Rid” komandası ilə yoxlama görüşündə onları meydana buraxacam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail