Panama millisinin hücumçusu: "Azərbaycandan təklif almışam"

30.12.2018 | 4467 dəfə oxunub

Panama yığmasının hücumçusu Armando Polo Azərbaycandan təklif alıb. Stadium.Az xəbər verir ki, bunu 28 yaşlı forvard özü bildirib.

Bu ilin martında anlaşdığı "Taura"dan ayrılan futbolçu müsahibəsində ölkəmizdə oynamaqdan imtina etdiyini açıqlayıb. O, keçmiş komandası "Sonsonate" ilə artıq müqavilə imzalayıb.

Polo Salvador klubuna dönmə səbəbini belə izah edib: "Hədəf mənim qanımda var. Kolumbiya və ölkəmdə öyrəndiklərim mənə bu baxımdan çox kömək oldu. Bu üzdən formasını geyindiyim əksər klubların ciddi hədəfləri olub. "Sonsonate" ilə müqavilə bağlamadan əvvəl Misir, Honduras və Azərbaycandan təklif almışdım. "Sonsonate"ni üstün tutdum və bunun hazırda ən doğru seçim olduğunu düşünürəm".

2008-ci ildən peşəkar futbolla məşğul olan Armando Polo hər il klub dəyişməklə diqqət çəkir. O, Panama yığmasının heyətində 4 oyun keçirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail