Həbib Nurməhəmmədov İŞİD-lə bağlı nəzarət altına alınıb

26.12.2018 | 5215 dəfə oxunub

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib. Stadium.Az "Sport-Express"ə istinadən xəbər verir ki, bu barədə “Telegram”da yayımlanan “Ploxoy leytenant” telekanalı məlumat yayıb.

Hadisə 30 yaşlı dağıstanlı döyüşçünün həmyerliləri ilə Rusiyadan Türkiyəyə uçmaq istədiyi vaxt baş verib. Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovun məşhurluğuna əhəmiyyət verməyərək, onu hava limanındakı nəzarət-buraxılış məntəqəsində sorğu-sual ediblər.

Dindirmə üçün gələn əməliyyatçılar az sonra qəzəbli idmançı ilə şəkil çəkdiriblər və onun tezliklə keçməsinə kömək göstəriblər.

“O, Mişa və daha bir əməkdaşla şəkil çəkdirdikdən sonra qalanlarının istəyini rədd edərək, uçdu”, - Rusiya Sərhəd Xidmətinin əməkdaşı söyləyib.

Həbib Nurməhəmmədov “Diriliş Ertuğrul” serialının çəkiliş prosesini izləmək üçün Türkiyədə olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail