Olimpiya mükafatçımız karyerasını bitirir
Azərbaycanın boks üzrə olimpiya mükafatçısı Teymur Məmmədov karyerasını başa vurmaq istəyir. Stadium.Az xəbər verir ki, bu barədə “Report”a 25 yaşlı idmançının özü məlumat verib.
O, mümkün gedişini zədələrlə əlaqələndirib: “İslamiadadan sonra sol qolumdan əməliyyat olunduğum üçün uzun müddət məşqlərdən kənarda qaldım. Həmçinin burnumu da müalicə etdirmişəm. İndi isə sağ əlimdə problem yaranıb. Hazırda əməliyyat olunmaq üçün maddi durumum elə də yaxşı deyil. Təəssüf ki, Azərbaycan Boks Federasiyasında da maliyyə vəziyyəti yaxşı deyil. Digər tərəfdən, lap əməliyyat olunsam belə, 3-4 aya tam formaya düşə bilməyəcəyəm və 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xalları toplamağım mümkün olmayacaq. Vəziyyətə məntiqlə yanaşmaq lazımdır. Çıxıb uduzmaqdansa, boksdan hörmətlə getməyim yaxşıdır”.
91 kq çəki dərəcəsində yer alan boksçu karyerasını bitirəcəyi halda nə edəcəyini bilmədiyini söyləyib: “Hazırda qazanc yerim yoxdur. Karyeramı bitirsəm, bilmirəm necə olacaq. Çox istərdim ki, dövlət işində çalışım. Amma bunun üçün kimə müraciət etməli olduğumu da bilmirəm”.
Məmmədov onu da vurğulayıb ki, əldə etdiyi nailiyyətlər dövlət səviyyəsində ona gəstərilən dəstəyin nəticəsidir: “Bu günə qədər mənə göstərdikləri etimad və dəstəyə görə ölkə başçısına, Azərbaycan Boks Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Məşqçilərimə, komanda yoldaşlarıma minnətdaram. Hər kəsdən çox razıyam. Arzum “Tokio 2020”də qızıl medal qazanıb boksdan getmək idi. Amma görünən odur ki, alınmadı”.
Teymur Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O həmçinin Avropa çempionu, “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibidir. 25 yaşlı döyüşçü dünya çempionatının gümüş və bürünc medallarını da qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |