Kaxaber Tsxadadze oyunçularından narazı qalıb

20.01.2012 | 6150 dəfə oxunub

“İnter-“Karlsrue” yoldaşlıq matçından sonra "bankirlər"in baş məşqçisi Kaxaber Tsxadadze oyun barədə fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, Tsxadadze görüş barədə belə danışıb: 

“Bu, bizim təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz ilk yoxlama matçı idi. Buna görə də, “İnter”in və “Karlsrue”nin oyun səviyyələrini müqayisə etməyə dəyməz. Biz məşqlərə yenicə başlamışıq, almanlarsa iki həftədir buradadırlar və toplanış çərçivəsində çox sayda məşq və yoldaşlıq oyunları keçiriblər. Buna görə də, bu gün onlar daha hazırlıqlı görünürdülər.

Səhvlər vardı və onlara görə də məğlub olduq. Heç də bütün futbolçular lazımi səviyyədə oynamadılar. Məsələn, bu gün baxışda olan serbiyalı yarımmüdafiəçinin oyunundan razı qalmadım və onun xidmətindən imtina edəcəyik. Bundan başqa, qeyd etmək istərdim ki, bu gün meydana “İnter”in əvəzedici heyətindən gənc Fuad Bayramovu buraxmışdıq. Hesab edirəm ki, klubun yetirmələrini tədricən əsas heyətə cəlb etmək lazımdır. Belə bir addım ixtiyarımızda daha çox yerli gənc futbolçunun olmasını təmin edəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail