Ramil Quliyev: "21 gündə iki dəfə hərbi xidmət yerinə gələrək, dopinq üçün nümunə götürdülər"

29.11.2018 | 4061 dəfə oxunub

“Hərbi xidmətlə idman bir az oxşardır. Hər ikisində əlavə nəsə edə bilmirsən. Çünki vaxt olmur. Ancaq əsgərlikdə olmaq çox gözəldir, mənim üçün sıxıcı olmadı”.

Stadium.Az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında azərbaycanlı atlet Ramil Quliyev deyib. Peşəkar idmançıların dopinq məsələsində xüsusilə diqqətli olmasının vacibliyini vurğulayan dünya çempionu Ümumdünya Antidopinq Agentliyinin (WADA) bununla bağlı sərt cəzalar verdiyini bildirib. O deyib ki, olimpiya idmançıları istənilən vaxt dopinq testdən keçirilə bilərlər:

“2012 və 2013-cü illərdə dopinqdə ilişən idmançılardan sonra çox böyük dəyişiklik oldu. Hazırda qadağan olunmuş preparatdan istifadə edib, gizlətmək mümkün deyil. Bunu etsən, idman karyerana son qoyarsan. Bu səbəbdən çox diqqətli olmaq lazımdır. Sadəcə, dopinq dərmanlarından imtina etməklə iş bitmir. Hər zaman yeməyinə də qata bilərlər, bilmədən nəsə yeyə bilərsən. Bu il 20-30 dəfə dopinq yoxlamasından keçmişəm. Hər yarışda nümunə alıblar. Kənarda da bir neçə dəfə təlim-məşq mərkəzlərinə gəliblər. Hətta evə də gəlirlər. Əsgərlikdə olduğum müddətdə belə nəzarət davam etdi. 21 gündə iki dəfə hərbi xidmət yerinə gələrək, dopinq üçün nümunə götürdülər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail