Qurban Qurbanov "Barselona" səfəri barədə nələr danışdı

17.01.2012 | 4592 dəfə oxunub

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun “Barselona”da keçdiyi təcrübə müddəti başa çatıb. Stadium.az xəbər verir ki,  gənc çalışdırıcı Antalyaya dönərək komandasının düşərgəsinə qoşulub. 

O, klubun saytına səfərlə bağlı təəssüratlarını bildirib: “İlk öncə onu deyim ki, olduqca faydalı səfər oldu. Hətta deyərdim ki, gözlədiyimizdən də səmərəli keçdi. Proqramımız yaxşı tərtib olunmuşdu. Bizi çox isti qarşıladılar. Səfər müddətində faydalı görüşlərimiz baş tutdu".

Qurbanov İspaniyada bir neçə matçı stadiondan izlədiyini deyib: "Öncə "Barselona"nın ölkə kubokunda "Osasuna" ilə oyununu izləməyi planlaşdırsaq da, müəyyən görüşlər səbəbindən səfərimizi təxirə saldıq. Əvəzində "Espanyol"un "Kordoba"nı 4:2 hesabıyla məğlub etdiyi oyunu izlədik. "Barselona`nın çempionatda "Real Betis"i eyni hesabla məğlub etdiyi oyunda da stadionda idik. 

Əsas komandayla yanaşı 7 yaşından əvəzedicilərə qədər bütün yaş qruplarının məşqlərində olduq. "Barselona"nın dünyanın ən güclüsü olduğunu "göy-qırmızı"ların bütün yaş qruplarının fəlsəfəsinin eyni olmasında gördüm. Ümumilikdə isə səfərlə bağlı yalnız xoş xatirələrim var”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail