“Təbiidir ki, mən az oynadığıma görə qəzəblənirəm"

09.10.2018 | 4967 dəfə oxunub

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov ikinci bundesliqada “Holstein Kiel” komandasına qarşı keçirdikləri oyundan (2:1) sonra jurnalistlərə açıqlama verib.

Stadium.Az xəbər verir ki, 86-cı dəqiqədə oyuna daxil olan, 90+1-ci dəqiqədə isə komandası “Erzgebirge Aue”nin qələbə qolunu vuran 28 yaşlı futbolçu yerli medianın müsbət rəyini alıb.

Bu mövsüm az halda oyun təcrübəsi qazanan Nazarov isə bildirib ki, əsas heyətdə daim oynamaq istəyir: “Təbiidir ki, mən az oynadığıma görə qəzəblənirəm. Çoxlu oynamaq və komandama kömək etmək istəyirəm. Heyətdə möhkəmlənmək üçün öz üzərimdə daha da çalışacağam”.

Nazarov deyib ki, bu qələbə ilə irəli doğru addım atıblar: “Amma biz dayanmalı və həyəcanlanmalı deyilik. Qol vurduğuma görə şadam. Bizdə komanda olaraq birlik var. Azaraskeşlərimizə təşəkkür edirəm ki, sona qədər dəstək verdilər. Mən bilirəm ki, onlar biz futbolçuları və komandalarını sevirlər. “Aue” üçün ikinci bundesliqada qalib gəlmək çətindir. Bizim digər komandalar kimi geniş resurslarımız yoxdur. Buna baxmayaraq, qarşıdakı bütün oyunlara yaxşı hazırlaşmalıyıq”.

“Erzgebirge Aue” 9 turdan sonra 10 xalla 13-cü yeri tutur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail