"Neftçi" PFK beynəlxalq turnirdə mübarizə aparacaq

16.01.2012 | 4289 dəfə oxunub

Daha öncədən də xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turniri keçiriləcək. Stadium.az xəbər verir ki, 28 yanvar tarixində başlayacaq yarışa fevralın 3-də yekun vurulacaq.

Turnirdə 8 komanda iştirak edəcək: "Neftçi" (Bakı, Azərbaycan), "Paxtakor" (Daşkənd, Özbəkistan), Poloniya (Varşava, Polşa), "Metallist" (Xarkov, Ukrayna), "Rapid" (Buxarest, Rumıniya), "Bilis" (Albaniya), "Ordabaşı" (Qazaxıstan), Terek (Qroznı, Rusiya).

Yanvar ayının 26-da turnirdə iştirak edəcək klubların rəhbərləri "Kalista" otelində bir araya gələcək. Bundan 1 gün sonra yarışın püşkatma mərasimi təşkil olunacaq. İlk mərhələdə 8 komanda hərəsində 4 klub olmaqla 2 yarımqrupa bölünəcək. Qrup qalibləri 3 fevral tarixində "Mardan" stadionunda keçiriləcək final oyununda üz-üzə gələcək.

Turnirin təşkilatçılığını "Terek"futbol klubu və Türkiyənin "Enda Tour" şirkəti həyata keçirir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail