Toni Adams: "Qəbələ"də olduğum günlər gözəl idi"

13.09.2018 | 5080 dəfə oxunub

"Əvvəlcə minnətdaram ki, məni yada saldınız. Azərbaycan təmsilçisinin Böyük Britaniyada meydana çıxmasına görə çox şadam".

Stadium.Az xəbər verir ki, bu sözləri "Arsenal"ın əfsanəvi futbolçusu, bir zamanlar "Qəbələ"də baş məşqçi olmuş Toni Adams deyib. İngiltərəli mütəxsis UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi "Qarabağ"ın "Arsenal", "Sportinq" və "Vorskla" ilə qərarlaşdığı qrupu dəyərləndirib. Ölkəmizi sevdiyini deyən mütəxəssis "Qarabağ"ın qrupdan çıxa biləcəyini bildirib: 

"Mən "Arsenal"ı da, Azərbaycanı da sevirəm. Futbolda möcüzələr olur. Bu, çətin qrupdur. "Qarabağ" qrupdan çıxa bilər. Bu niyə də baş verməsin?"

İngiltərə millisinin sabiq üzvü "Arsenal"ın Bakıda keçirəcəyi matç üçün ölkəmizə gələ bilmək ehtimalının az olduğunu deyib: "Bakıda matça baxacağımı dəqiq bilmirəm. Təəssüf ki, bu, baş verməyə bilər".

Əfsanəvi futbolçu sonda "Qəbələ"dəki günlərini xatırlayıb və Azərbaycan üçün darıxdığını deyib: "Qəbələ"də olduğum günlər gözəl idi. Orada mənim gözəl insanlarla münasibətim var. Təbii ki, ölkəniz üçün darıxmışam. Bir daha minnətdaram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail