"Xəzər Lənkəran"dan daha bir transfer

14.01.2012 | 6363 dəfə oxunub

“Xəzər Lənkəran” növbəti transferini həyata keçirib. Stadium.az xəbər verir ki, çempionluğa iddiasını davam etdirən cənub təmsilçisi heyətinə gənc futbolçu cəlb edib.

19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Akif Tağıyevin ardından 1992-ci ildə anadan olan Qafar Əliyevlə də münasibətlər rəsmiləşib. Futbolçu ilə 2 illik rəsmi müqavilə imzalanıb.

Əliyev bundan öncə “Rəvan” klubunun əvəzedici heyətində çıxış edib. Əsas komandaya yüksəlməsi, onlarla təlim-məşq toplanışına yollanması nəzərdə tutulan Əliyevin istedadı “Xəzər Lənkəran”ın seleksiyaçı-məşqçisi Zaur Ramazanovun diqqətindən yayınmayıb.

Futbolçunu komandaya məhz Ramazanov təklif edib və onun çıxışı baş məşqçi Cüneyt Biçəri razı salıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail