Rauf Əliyev: "İnşallah, bu arzumu sonra həyata keçirəcəyəm”

14.01.2012 | 4852 dəfə oxunub

Azərbaycan yığmasının futbolçusu Rauf Əliyevin legioner həyatı yaşaması ilə bağlı iddialara son qoyulub. Stadium.az xəbər verir ki, hücumçunun formasını geyindiyi “Qarabağ” klubunu tərk etməyəcəyi dəqiqləşib.

Ötən mövsümün ölkəmizin ən yaxşı futbolçusu seçilən Əliyevin adı bir müddət Türkiyə və Almaniya klubu ilə birgə hallandı. Məsələ ilə bağlı apasport.az saytına danışan Rauf Əliyev bütün suallara aydınlıq gətirib: “Hər şey sona çatdı. Ölkə xaricində oynamaq perspektivim olsa da, bunu sonraya saxladım. Ölkədən çıxmadım. İnşallah, bu arzumu sonra həyata keçirəcəyəm”.

Artıq “Qarabağ”ın məşqlərinə qatılan Əliyev klub rəhbərliyi ilə məsələ barəsində danışıb: “Onsuz da mənim klubla müqaviləm qüvvədə idi. Əgər gedəsi olsaydım, “Qarabağ”la danışacaqdım. Qərarımı onlara da açıqladım, yolumuza davam etdik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail