Eks "Qarabağ"lılar "Astana"nı Avropa Liqasında qrupa daşıdı

31.08.2018 | 4053 dəfə oxunub

Qazaxıstanın “Astana” klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində cavab matçına çıxıb. Stadium.Az xəbər verir ki, “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi sözügedən klub doğma meydanda Kiprin APOEL komandası ilə qarşılaşıb.

Səfərdəki ilk oyunda minimal hesabla uduzmuş Qazaxıstan klubu cavab matçının əsas vaxtında qapısını toxunulmaz saxlayaraq 1 qol vurub. "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib.

İki görüşün nəticəsi eyni olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. "Astana" məhz Almeyda və Enrikenin düzgün yerinə yetirdiyi penalti zərbələri ilə 2:1 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Pedro bu görüşdə meydana start heyətdə çıxıb və sonadək oynayıbsa, Riçard 53-cü dəqiqədə döyüşə atılıb. O, 57-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail