Çempionlar Liqası VAR-dan imtina etdi

28.08.2018 | 5354 dəfə oxunub

Çempionlar Liqasında 2018/2019 mövsümünün 1/4 final mərhələsindən etibarən videotəkrar (VAR) sisteminin tətbiq olunacağına dair xəbərlər həqiqətə uyğun deyil.

Stadium.Az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin "Marca"ya açıqlamasında bildirib. O, hakimlərə videoyardım sistemi barədə məsələni müzakirə etmədiklərini söyləyib:

"Mən hələ də VAR-a əmin deyiləm. Elə məsələlər var ki, aydınlaşdırılmalıdır. VAR-dan istifadəyə kim qərar verir: video-referi, yoxsa baş hakim? Bir çox məsələ hələ aydın deyil. Amma anlayırıq ki, bir gün VAR-dan yararlanmağımız lazım gələcək. Nə vaxt hazır olsaq, UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozettiyə deyəcəyəm".

Sloveniyalı funksioner gələcəkdə VAR-ı qəbul etməli olacaqlarını da vurğulayıb: "Çünki bütün Avropada oyunlarımız olur. Çempionlar Liqası isə sadə turnir deyil. Amma bizə tənzimləyici qaydalar lazımdır. Dünya çempionatındakı köməkçi hakimlərə baxın – heç nə etmədilər, sadəcə, gözlədilər. Hakimlərdən biri mənə dedi ki, epizodlardan birində mübahisə yaranan zaman əlini qulaqcığa aparıb və futbolçular ondan əl çəkib”.

VAR sistemindən 2018-ci il dünya çempionatında istifadə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail