Böyükağa Hacıyev: "İnanıram ki, Antalya təlimlərindən sonra komanda bundan da yaxşı səviyyədə olacaq"

12.01.2012 | 4338 dəfə oxunub

"Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq istəyirik. Burada məşqlər keçməyimiz üçün hər bir şərait yaradılıb”. Stadium.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. 54 yaşlı çalışdırıcı klubunun rəsmi saytına açıqlamasında yanvarın 11-də Türkiyənin Antalya şəhərində başlayan təlim-məşq toplanışı haqda fikirlərini bildirib.

Hacıyev 2 həftəlik hazırlıqda fiziki hazırlığa diqqət yetirməklə yanaşı, yoxlama oyunu keçirəcəklərini bildirib: “Hər gün – səhər və axşam 2 məşqimiz olur. Təlimlərdə heyətin bütün üzvləri iştirak edir. Bununla yanaşı, əvəzedicilərin 6 futbolçusu əsas komanda ilə hazırlığa qatılıb. Bu da onların təcrübə qazanması və yaxın gələcəkdə əsas heyətin üzvünə çevrilməsi üçün bir şansdır. İlk mərhələ əsasən fiziki hazırlıqdan ibarətdir. Bu müddət ərzində 3 yoldaşlıq oyunu da keçirəcəyik. İnanıram ki, Antalya təlimlərindən sonra komanda bundan da yaxşı səviyyədə olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail