“Liverpul” Məhəmməd Salahdan polisə şikayət edib

15.08.2018 | 3743 dəfə oxunub

“Liverpul”  futbolçusu Məhəmməd Salahdan  polisə şikayət edib. Stadium.Az xəbər verir ki, misirli hücumçu maşın sürərəkən telefondan istifadə etdiyi üçün klub bu addımı atıb.

"Liverpul"un "Vest Hem" üzərində 4:0 hesablı qələbəsindən sonra azarkeşlər tərəfindən avtomobili dövrəyə alınan Salahın sükan arxasında olan zaman diqqətinin telefonda olması həvəskar kameraya tuş gəlib.

Bundan sonra Mersisayd polis mərkəzinin rəsmi “tvitter” hesabında bu açıqlama yayılıb: “Bir futbolçunun maşın sürən zaman telefondan istifadə etməsi barədə bizə xəbər verilib. Məlumatınız üçün təşəkkür edirik".

Həmin futbolçunun Salah, məlumatı verənin isə  “Liverpul” olduğu ortaya çıxıb.

“Liverpul”  rəsmi saytında yaydığı bəyanatla baş verən hadisəni təsdiqləyib: “Oyunçumuzla görüşdükdən sonra videoçarxı polisə təqdim etməyə qərar verdik.  Artıq bu haqda nə futbolçu, nə də klubdan hansısa bir açıqlama olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail