Azərbaycan Atletika üzrə Avropa çempionatında gümüş medal qazandı
Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.
Stadium.Az xəbər verir ki, 3 təkanla tullanma növündə Aleksis Kopelyo gümüş medala sahib olub. Kubalı legioner 6 cəhdindən ən yaxşısını 16,93 metr nəticə ilə göstərib. Kopelyo əvvəllər Kuba millisində çıxış etdiyi vaxt 2009-cu ildə Berlində keçirilmiş dünya çempionatında bürünc medalçı olmuşdu. O, Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra da ilk medalını elə eyni məkanda təşkil olunmuş qitə çempionatında əldə edib.
Avropa çempionu adına isə son cəhdində 17,10 metr tullanmağı bacaran portuqaliyalı olimpiya və dünya çempionu Nelson Evora yiyələnib. 34 yaşlı atlet karyerasında üçüncü dəfə Avropa çempionu olub. O, daha əvvəl 2015 və 2017-ci illərdə qitənin ən güclüsü titulunu əldə etmişdi.
Bürünc medala yunanıstanlı Dimitrios Tsiamis 16,78 metr göstərici ilə sahib olub. Azərbaycanın digər təmsilçisi Nazim Babayev isə ondan cəmi 2 santimetr geri qalaraq, 4-cü yeri tutub və mükafatçılar sırasına düşə bilməyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |