Simeone: "Qarabağ" bizim üçün böyük zərbə oldu"

09.08.2018 | 3784 dəfə oxunub

“Çempionlar Liqasından kənarlaşdırılmağımızı həzm etmək çətin idi. Çünki qrupumuzun liderlərindən xal aldıq”.

Stadium.Az xəbər verir ki, bunu UEFA-nın rəsmi saytına müsahibəsində İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone deyib.

Avqustun 15-də UEFA Super Kuboku uğrunda “Real"la keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşən 48 yaşlı argentinalı mütəxəssis, ötən mövsüm Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmalarının səbəbkarı kimi “Qarabağ”ı göstərib:

“Biz “Çelsi” və “Roma”ya görə deyil, “Qarabağ”la matçlardakı uğursuzluq səbəbi ilə növbəti mərhələyə yüksələ bilmədik. Bu, bizim üçün böyük zərbə oldu. Çünki qitənin ən nüfuzlu klub turnirində yaxşı çıxış etmək istəyirdik”.

Ötən mövsüm ÇL-də “Qarabağ”la eyni qrupda yer alan “Atletiko” həm Bakıda, həm də Madriddə xal itkisi ilə üzləşib (0:0, 1:1). Bu səbəbdən qrupda 3-cü yeri tutan paytaxt komandası mübarizəni Avropa Liqasında davam etdirib və turnirin qalibi olub. “Real" isə ÇL-də birinci yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail