Avropa Liqasının bombardirini oğurlayıblar

09.08.2018 | 4271 dəfə oxunub

Latviyanın "Ventspils" klubunun futbolçusu Adeleki Akinyemi oğurlanıb. Stadium.Az xəbər verir ki, bu barədə Ventspils şəhərinin eyni adlı təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, 20 yaşlı negiriyalı hücumçu klubun bazasına dönməyib və onun harada olduğu bilinmir

“Futbolçu qanunsuz olaraq, klubun bazasını və şəhəri tərk edib. Son 10 gündə bir neçə şəxs aktiv şəkildə kluba mesajlar yazıb. Təxmin edirik ki, bu cinayətin arxasında təşkilatlanmış qrup dayanır. Bizim futboçunu geri qaytarmaq tələbinə cavab olaraq, həmin şəxslər kluba təzyiq göstərir və şantaj edirlər. Adelekinin “Ventspils”də çıxışı ilə diqqətləri öz üzərinə cəlb etməsindən sonra digər klubların oyunçumuza olan marağı artıb. Futbolçumuzun onun satışından pul qazanmaq məqsədi oğurlanmasından əminik”.

"Ventspils" hadisə ilə əlaqədar polisə müraciət edib. Klub həmçinin FİFA və UEFA-nı işə cəlb etməyə hazır olduğunu bəyan edib.

Adeleke Akinyemi Avropa Liqasının 2018/19 mövsümündə bombardirlik yarışına başçılıq edir. O, 1-ci təsnifat mərhələsində Albaniyanın “Lüftetari” komandası ilə hər iki oyunda het-trikə imza atıb (5:0, 3:3). Nigeriyalı forvard 2-ci mərhələdə Fransa təmsilçisi “Bordo”nun qapısından isə bir top keçirib (0:1, 1:2).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail