"Qəbələ" Vaqif Cvadov xəbərini yalanladı

11.01.2012 | 3375 dəfə oxunub

“Biz Vaqif Cavadovla danışıq aparmırıq. Onun adı heç transfer siyahımızda yoxdur”. Stadium.az xəbər verir ki, bu fikirləri  “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib. 

Rusiyanın “Volqa” klubu ilə yollarını ayıran milli komandamızın sabiq futbolçusu Vaqif Cavadov Bakıya komandalarımızla danışıqlara gəlib. Onun “Qəbələ” ilə də danışıqlar apardığı deyilsə də, Əzizov bunun doğru olmadığını söyləyib: “Qış fasiləsində 1 transfer etmişik ki, bu da fransalı futbolçu Yannik Kamanandır. Bizə Serje Cehuanın gedişindən sonra hücumçu lazım idi. Onu da Kamananı transfer etməklə reallaşdırdıq. Bu mənada bizim hücumçuya ehtiyacımız yoxdur”.

Ancaq onu da nəzərə alaq ki, Vaqif yarımmüdafiənin sol cinahında da oynaya bilər. Üstəlik, “Qəbələ”nin türkiyəli baş məşqçisi Fatih Kavlak “Qarabağ”da işlədiyi zamanı Cavadovla birgə çalışdığından, onun xidmətində maraqlı ola bilər. Ancaq baş menecer Kavlakın bu futbolçunun transferi ilə bağlı onlara müraciət etmədiyini söyləyib: “Komandamızda yarımmüdafiənin sol cinahında Dodo oynayır. Braziliyalı legioner cari mövsümdə bombardirimizdir. Ola bilər ki, Kavlakla sərbəst olan yerli futbolçuların transferi ilə bağlı danışdım. Bizə hansı mövqeyə futbolçu lazım olacaqsa, buna baş məşqçimiz qərar verəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail