Ronaldo: "Burda olduğum üçün qürur duyuram və yeni klubuna ciddi köklənmişəm"

16.07.2018 | 4194 dəfə oxunub

Bu gün Turində tibbi müayinədən keçən Kriştiano Ronaldo “Yuventus”la 4 illik müqavilə bağlayıb.

Stadium.Az xəbər verir ki, portuqaliyalı futbolçu imza mərasimindən sonra İtaliya nəhənginə keçidi ilə bağlı təəssüratlarını bölüşüb. 33 yaşlı futbolçu “Yuventus”da olduğu üçün qürur duyduğunu bildirib:

“Həm fiziki, həm zehni, həm də emosional cəhətdən hər şey qaydasındadır. Burda olduğum üçün qürur duyuram və yeni klubuna ciddi köklənmişəm. Bilirəm ki, bir çox futbolçu 33 yaşında karyerasının bitdiyini düşünür. Amma mən digərləri kimi deyiləm. Mən fərqliyəm. İndi həmklub, həm də mənim üçün emosional anlardır”. 

Ronaldo “Yuventus”la müqaviləniz başa çatdıqdan sonra doğma klubunuz olan “Sportinq”ə qayıtmaq istərdinizmi?” sualına isə bu cür cavab verib: “Sportinq” hər zaman mənim qəlbimdə olacaq. Əlbəttə, mən “Yuventus”la uğur qazanmaq istəyirəm. Bura tətilə gəlməmişəm. Bu komanda ilə tarix yazıb, yenidən hamını təəccübləndirmək istəyirəm. İnanıram ki, hər şey qaydasında olacaq”.

Ronalda “Yuventus”da illik 30 milyon avro qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail