Roman Qriqorçuk: "Pedro Enrike "Qarabağ"da vacib rol oynayırdı"

15.07.2018 | 5565 dəfə oxunub

"Astana"nın baş məşqçisi Roman Qriqorçuk yeni transferləri Riçard Almeyda və Pedro Enrike haqqında fikirlərini bölüşüb. Stadium.Az xəbər verir ki, ukraynalı çalışdırıcı hər iki futbolçunu yaxşı tanıdığını qeyd edib:

"Hələ debüt etməyən yeni futbolçuların hər birinə individiual yanaşmaq lazımdır. Çünki onların hərəsi müxtəlif müddət məşq buraxıblar. Almeyda obyektiv səbəbdən, demək olar ki, 50 gün məşq etməyib və buna uyğun olaraq formasını yığmaq üçün daha çox vaxt lazım olacaq. Biz hər futbolçuya fərdi yanaşacağıq, sınaqdan keçirəcəyik və məşqlərdə vəziyyətinə baxacağıq.

Pedro Enrike "Qarabağ"da vacib rol oynayırdı. Əla tanıyıram. Çox ciddi Avropa futbol məktəbi keçib, Fransa, İsveçrə, Yunanıstanda, eləcə də Çempionlar Liqasında gözəl oyunlar göstərib. Onun hazırda bizimlə olması çox ciddi uğurdur. Cəmi 28 yaşı var və gücünün ən yaxşı dövründədir”.

Qriqorçuk ötən mövsüm "Qəbələ"nin baş məşqçisi kimi çalışırdısa, Pedro və Almeyda "Qarabağ"ın oyunçuları idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail