"Xəzər Lənkəran"da yeni futbolçular

09.01.2012 | 5308 dəfə oxunub

“Xəzər Lənkəran” komandası yanvarın 7-də saat 16:00-da paytaxtın Şıxov qəsəbəsində yerləşən “Green City” istirahət mərkəzinin futbol meydançasında 2012-ci ilin ilk məşqini keçirib. Stadium.az xəbər verir ki, baş məşqçi Cüneyt Biçərin yoxluğunda onun köməkçiləri Faik Vural, Cem Yılmaz və Hafiz Əliyev hazırlıq prossesinə rəhbərlik ediblər. Komandanın əsas heyətinin bir neçə futbolçusu – Vobay Julius, Elvin Beçiri, Dejan Rusiç və Rahid Əmirquliyev müxtəlif səbəblərdən yeni ilin ilk məşqində iştirak etməyiblər. Onların yaxın bir neçə gün ərzində düşərgəyə qatılacağı bildirilir. Bununla belə “Xəzər Lənkəran“ komandasında baxışda olan bir neçə yeni futbolçunun olduğunu da bildirməliyik. Baxışa dəvət olunanların hamısı yerli gənc futbolçulardır ki, onları da “Xəzər Lənkəran“ klubunun seleksiyaçı məşqçisi Zaur Ramazanov komandaya dəvət edib. Ramazanovun dəvət etdiyi gənc futbolçuların bu vaxta qədər Premyer Liqa klublarında və birinci divizyon komandalarının heyətlərində çıxış etdiyini də əlavə edək. Baxışda olan futbolçuların adları hələki açıqlanmır. Onların “Xəzər Lənkəran”da qalıb qalmamsına isə baş məşqçinin Afrika səyahətindən qayıdandan sonra qərar veriləcəyini də qeyd edək.

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail