"Hakim “Liverpul”un oyunçusuna qırmızı vərəqə və qapısına penalti versəydi..."

03.05.2018 | 3243 dəfə oxunub

“Mən hiddətlənir və təəssüf hissi keçirirəm. Çünki finala çıxacağımmıza böyük inamım var idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Roma”nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinalında “Liverpul”la keçirilən cavab oyunundan (4:2) sonra İtaliya mətbuatına açıqlamasında deyib.

O, finala yüksələ bilməsələr də, komandasından razı qaldığını bildirib: “Roma” üçün turnirdə təcrübə vacibdir. Ancaq biz daha çox qol vura bilərdik. Bunun üçün yaxşı imkanlarımız oldu. Həqiqətən turnirlə vidalaşdığımız üçün çox məyusam. Amma futbolçularımı tərifləmək istəyirəm. Onlar ikinci hissədə ideal oynadılar".

Di Françesko matçın baş hakimi Damir Skominanın kobud səhvə yol verdiyi epizodlar haqda da danışıb: “Əlbəttə, hakim “Liverpul”un oyunçusuna qırmızı vərəqə və qapısına penalti versəydi, oyunu xeyrimizə dəyişə bilərdik. Ancaq biz də səhvlər etdik və bu bizə baha başa gəldi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail