Zidan: "Kərimin qolları sayəsində “Real” finala çıxdı"

02.05.2018 | 3227 dəfə oxunub

Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, doğma meydanda “Bavariya” ilə 2:2-lik heç-heçəyə razı olan “Real” iki oyunun ümumi nəticəsinə görə (1:2, 2:2) mərhələ adlayıb.  Oyundan sonra "Real"ın baş məşqçisi Zinəddin Zidan matç barədə dnaışıb: 

“Azarkeşlər adına möhtəşəm matç idi. Gözəl oyuna görə “Bavariya”nı təbrik etmək lazımdı. Matça pis başladıq, ilk dəqiqələrdə qol buraxdıq. İkinci hissədə isə daha yaxşı idik. Futbolda bəzən əziyyət çəkmək lazım gəlir – xüsusilə də, söhbət Çempionlar Liqasının yarımfinalından gedirsə. Bunsuz finala çıxmaq mümkünsüzdü.

Benzemadan razıyam. Həmişə fərqlənmək istəyir. Bu gün isə buna iki dəfə nail oldu. Kərimin qolları sayəsində “Real” finala çıxdı. O, həmişə böyük əzmlə çalışır. Komandada hamı onun adına məmnundu. Keylor Navasın oyunun da qeyd etmək lazımdı. Belə bir çətin oyunda çoxlu qurtarışlar etdi və rəqib asmalarının qarşısını aldı. O, bir neçə dəfə bizi xilas etdi.

Sadəcə, finaldayıq, hələlik heç nə qazanmamışıq. Üç mövsüm ardıcıl Çempionlar Liqasının finalına çıxmaq adi bir şey deyil. Finalda qələbə qazanmaq lazımdı. “Real” titulunu qorumaq üçün əlindən gələn hər şeyi edəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail