Buffondan hakimə: "Ürəyin yerində zibil vedrəsi olmamalıdır"

12.04.2018 | 4508 dəfə oxunub

"Yuventus"un kapitanı Canluicci Buffon Çempionlar Liqasının 1/4 finalında “Real”la keçirilən cavab qarşılaşmasının son dəqiqələrindən qırmızı vərəqə almasına münasibət bildirib.

Stadium.Az xəbər verir ki, 40 yaşlı qapıçı matçın ingiltərəli baş hakimi Maykl Oliveri kəskin şəkildə tənqid edib:

“Mən bilirəm ki, hakim hər şeyi gördü. Bu, mübahisəli epizod idi. Ancaq oyunun 93-cü dəqiqəsində mübahisəli epizoda görə penalti təyin etməzlər. İlk hissədə isə bizim lehimizə təmiz penaltini təyin etmədi. Komanda bütün gücünü sərf etdi. Bir nəfər isə bu zəhməti yerə vurmamalıdır. Ürəyin yerində zibil vedrəsi olmamalıdır. Əgər xarakterin yoxdursa, onda meydana çıxma, həyat yoldaşın və övladlarınla tribunada oturub, "sprayt" iç, çipsi ye.

Həyat davam edir. Mən fəxr edirəm ki, belə bir oyun keçirdik. Biz demək olar ki, mümkünsüzü bacardıq. Təəsüf edirəm ki, hər şey belə başa çatdı".

Buffon matçın 90+3-cü dəqiqəsində hakimin onun qapısına penalti təyin etdiyi üçün kəskin etirazını bildirib və qırmızı vərəqə ilə meydandan qovulub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail