"Roma" 34, "Liverpul" 10 il sonra bunu bacardı

11.04.2018 | 4143 dəfə oxunub

İtaliyanın Roma klubu 34 ildən sonra ilk dəfə hazırda Çempionlar Liqası adlanan Avropanın ən nüfuzlu klub turnirinin yarımfinalına yüksəlib.

Stadium.Az xəbər verir ki, paytaxt təmsilçisi buna 1/4 finalda İspaniya Barcelona-sını üstələməklə nail olub. Səfər matçında 1:4 hesabı ilə uduzmasına baxmayaraq, "canavarlar" evdə qələbəyə nail olublar - 3:0. Nəticədə Roma səfər qolu sayəsində mərhələ adlayıb. "Sarı-qırmızılar" sonuncu dəfə yarımfinala Çempionlar Kubokunda 1983-1984 mövsümündə yüksəliblər. Həmin vaxt bu komanda Şotlandiya -Dandy United-ini iki oyunun yekununda üstələyib - 0:2, 3:0. Lakin finalda "canavarlar"ın qarşısını İngiltərə Liverpool-u kəsib - 1:1 (penaltilərlə - 2:4).

"Roma" Çempionlar Liqasında 3 və daha çox top fərqini aradan qaldırmağı bacaran 3-cü komanda olub. 

"Barselona" tarixində ilk dəfə birinci oyunu 3 və daha çox top fərqi ilə başa vurduğu halda, təkrar qarşılaşmada uduzaraq, avrokuboklarla vidalaşıb.

"Liverpul" isə 10 ildən sonra Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb. "Qırmızılar" turnirin favoriti kimi göstərilən "Mançester Siti"ni evdə 3:0, səfərdə isə 2:1 hesabı ilə yeniblər. 2007-2008 mövsümündə isə bu klub İngiltərənin daha bir təmsilçisi "Arsenal"ı üstələmiş (1:1, 4:2), yarımfinalda "Çelsi"yə uduzmuşdu - 1:1, 2:3. "Liverpul" bir mövsüm ərzində Xosep Quardiolanın rəhbərlik etdiyi kollektivi üç dəfə yenməyi bacaran ilk klub olub. Ötən həftə ilk görüşdə "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edən Yurgen Kloppun komandası İngiltərə Premyer Liqasının II dövrəsində isə 4:3 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail