"Bir dəfə də Azərbaycanla oyunda belə qol vurmuşdum"

04.04.2018 | 4919 dəfə oxunub

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya "Yuventus"unun qapısına vurduğu ikinci top barədə danışarkən Azərbaycanla oyunu xatırlayıb.

Stadium.Az xəbər verir ki,  portuqal futbolçu millinin heyətində 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb:

"Mən bir dəfə də Azərbaycanla oyunda belə qol vurmuşdum, qeydə alınmamışdı. 2012-ci il sentyabrında keçirilmiş görüşdə isə top qapı tirinə dəyərək, çölə çıxmışdı. Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, "Yuventus"a vurduğum ikinci top mənim ən gözəl qolumdur".

Ronaldu "Yuventus"la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib. O həm də, "Yuventus"la qarşılaşdığı 6 oyunun hər birində fərqlənməyi bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail