Dünya Kubokunda iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib

03.04.2018 | 4631 dəfə oxunub

Aprelin 7-də ABŞ-ın Ayova şəhərində start götürəcək sərbəst güləş üzrə Dünya Kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Stadium.Az xəbər verir ki, iki gün davam edəcək yarışda 10 çəki dərəcəsində 13 pəhləvan mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 65 kq), Coşqun Əzimov (70 kq), Hacımurad Ömərov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (92 kq), Roman Bəkirov, Nurmaqomed Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədovun (125 kq) xidmətindən yararlanacaq. 

Eyni zamanda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olan F.Umudova məşqçi qismində Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər. 

Dünya Kubokunda 8 yığmanın iştirakı nəzərdə tutulsa da, onlardan 2-si yarışa qatılmayacaq. İran kollektivi turnirdən imtina etdiyi halda, Rusiya idmançılarına ABŞ-a gəlmək üçün viza verilməyib. Onları Monqolustan və Hindistanın əvəzləyəcəyi gözlənilir. 

Püşkə əsasən, Azərbaycan millisi Kuba və Qazaxıstan kollektivləri ilə B yarımqrupunda yer alacaq. ABŞ, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda mübarizə aparacaqlar. Qruplara 4-cü komanda kimi isə Monqolustan və Hindistan salınacaq. Bu, Rusiya ilə bağlı məsələnin həllini tapmasından sonra püşk nəticəsində müəyyənləşəcək. 

Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail