Ançelotti ÇL-da favoritlərini açıqlayıb

18.03.2018 | 4439 dəfə oxunub

Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında baş tutacaq İtaliya - İspaniya qarşıdurmasına münasibət bildirib. Stadium.Az xəbər verir ki, bu mərhələdə "Yuventus" Madrid "Real"ı, "Roma" isə turnirin digər favoriti "Barselona"ya rəqib olub.

Ançelotti hər iki italyan klubunun yarımfinala çıxmaq şanslarının olduğunu qeyd edib.

"Bizim klublara çətin rəqiblərin düşməsi şübhəsizdir. "Real" və "Barselona", "Mançester Siti" ilə bərabər Çempionlar Liqasının əsas favoritidir.

"Real"ın səfərdə PSJ ilə matçını izlədim. Madrid klubu La Liqada 3-cü olsa da, onlar ardıcıl 7 dəfə Çempionlar Liqasının yarımfinalına çxıb. Onu da deməliyəm ki, "Yuventus" ötən il Kardifdə keçirilən finalda 1:4 uduzan həmin komanda deyil. "Qoca senyora" indi daha güclü və bacarıqlarından xəbərdardır. Alleqri nə etməli olduğunu bilir.

Komandanın "Uembley"də "Tottenham"ə qalib gəldiyi oyunda məşqçi mükəmməl performans təşkil etmişdi. Həmin oyun taktika və strategiya əsəri idi. Düzdür, "Yuventus" dekabrdan bəri A Seriyasında top buraxmır. Amma Turin klubu Çempionlar Liqasının hazırki qalibini mübarizədən kənarlaşdırmaqda müdafiə futboluna güvənə bilməz.

Bu, kifayət olmayacaq. "Real" həmişə qol axtarışındadır. Lakin Hiquain və Dibala ilə "Yuventus" da hücumda təhlükəlidir. Mümkünsüz heç nə yoxdur. Unutmayaq ki, Alleqri və yetirmələri revanş həvəsindədir.

"Roma" "Çelsi" və "Atletiko"nun olduğu "ölüm qrupu"ndan 1/4 finala qədər gəlməklə ondan gözlənilənin artığını etdi. Onlar bir çox proqnozları yanlış çıxardı. "Barselona"nı məğlub etmək üçün onlara uyğunlaşmaq lazım deyil. Katalon klubu bu mövsm turnirdə cəmi 2 qol buraxıb. "Roma"da Edin Dzeko, Naynqqolan və Kostas Manolas yaxşı formadadır. Alison Beker inanılmaz çıxış edir. Bir şeyə əminəm ki, "Roma" sona qədər vuruşacaq. "Olimpiko" publikası öz bildiyi yolla komandanı irəli dartacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail